"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bəzi bələdiyyələr seçicilərinə hesabat verməyə maraq göstərmirlər”- AKTUAL

--2015-08-18 / 00:04

 Bu fikri Belediyye.info saytına “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri , “Bələdiyyə həyatı” qəzetinin redaktoru Vüqar Tofiqli bildirib. Onun sözlərinə görə,  qanunvericilik qaydasında hər bir bələdiyyə mütəmadi olaraq seçiciləri qarşısında hesabat verməli, öz fəaliyyətləri barəsində ətraflı məlumatı həm inzibati binalarındakı məlumat lövhəsində asmalı, həm də yerli və sahə mediasında nəşr etdirməlidirlər.

Qeyd edək ki,  “Bələdiyyə həyatı”  qəzetinin redaksiyası son bir ay müddətində  yüz bələdiyyə sədrinə  sms-lə hesabatların qəzetin e-mailnə göndərməyi xahiş edib.  Maraqlı faktdir ki, ötən müddət ərzində yalnız 27 bələdiyyə öz fəaliyyətləri barəsində geniş və ətraflı  məlumat göndərib.  Mingəçevir, Sumqayıt, Qusar,  Nəsimi, Nərimanov, Nizami, Yevlax, Bərdə, Salyan şəhər bələdiyyəsi, Gəncənin Kəpəz rayon,  Bakının  Rəsulzadə, Mərdəkan, şüvəlan, Qala, Ramanı, Balaxanı, Badamdar, Lökbatan qəsəbə bələdiyyəsi, Qazax rayonunun  Xanlıqlar bələdiyyəsi fəaliyyətləri barəsində  ətraflı məlumat vermiş və fəaliyyətlərini əks etdirən şəkilləri redaksiyanın e-mailinə  göndəriblər.  Balakən, Ağcabədi, Göranboy, Lənkəran şəhər, Bakının Qobustan qəsəbə bələdiyyələrinin hazırladığı hesabatlarda diqqəti çəkir.

Müraciət edilən bələdiyyələrdən 73-nün bu məsələyə diqqət yetirməməsi təəsüff hissi doğurur. 

Təşkilat rəhbərinin fikrincə, bu diqqətsizlik iki məqamdan yarana bilər: 1-si fəaliyyətsizlikdən, 2-si isə məsuliyyətsizlikdən. Bu istiqamətdə  apardığımız müşahidələr göstərir ki, bəzi bələdiyyələr ümumiyyətlə hesabatın hazırlanması barədə məlumatsızdırlar. Nəzərə alsaq ki,  bələdiyyələr seçiciləri qarşısında daim hesabat verməyə borcludurlar. Onlar bir məqamı  unutmamalıdırlar ki,  dövlətimizin başçısı mütəmadi olaraq ictimaiyyətə fəaliyyəti barəsində hesabat verir.  Bələdiyyə də dövlət idarəçiliyinin tərkib hissəsi olaraq  bu məqamdan nəticə çıxarmalı və real gördüyü  işlərlə seçicilərinin qarşısına çıxmalı  və hesabat verməyi unutmamalıdırlar.

Belediyye.info 

ŞƏRHLƏR